Cəlilabadda zəfər yürüşü keçirilib

Cəlilabadda zəfər yürüşü keçirilib Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib.
Qarabağ
8 Noyabr , 2021 18:20
Cəlilabadda zəfər yürüşü keçirilib

Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlayıb və Şəhidlər Xiyabanında başa çatıb. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin xatirəsini ehtiramla anıblar.

Zəfər yürüşü Ulu Öndərin adını daşıyan seyrəngahda musiqili mərasimlə davam edib.

Mərasimdən sonra 8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad şəhərində ağacəkmə aksiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi