Cəlilabadda "Zəfər-44" mini futbol turniri keçirilib 

Cəlilabadda "Zəfər-44" mini futbol turniri keçirilib  Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad rayon Gənclər və İdman idarəsinin və "Əhmədoğlu FK"nin birgə təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş "Zəfər-44" mini futbol turniri keçirilib.
Qarabağ
22 Avqust , 2022 17:34
Cəlilabadda Zəfər-44 mini futbol turniri keçirilib 

Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad rayon Gənclər və İdman idarəsinin və "Əhmədoğlu FK"nin birgə təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş "Zəfər-44" mini futbol turniri keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasiminində çıxış edənlər turnir haqqında ətraflı məlumat verərək, turnirin əhəmiyyətindən danışıb.

Turnirin əsas məqsədi rayon gənclərinin asudə vaxtlarının düzgun və səmərəli təşkili, Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi