Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub 

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub  Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub.
Qarabağ
28 Sentyabr , 2021 06:51
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub 

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Xatirə Kompleksi şəhər qəbiristanlığının ərazisində yerləşir.

Kompleksin ərazisində işıqlanma sistemləri qurulub və dekorativ ağaclar əkilib. Xatirə Kompleksində Vətən Müharibəsində şəhid olmuş 97 qəhrəmanın fotosu və onlar haqqında məlumat lövhələri öz əksini tapıb.

Qeyd edək ki, Xatirə Kompleksi rayon sakinlərinin təşəbbüsü ilə tikilib.

Cəlilabadın 97 sakini qırx dörd günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Onlar müxtəlif orden və medallarla təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi