Cəlilabad və Biləsuvar sakinləri qələbəni qeyd edir

Cəlilabad və Biləsuvar sakinləri qələbəni qeyd edir Cəlilabad sakinləri Azərbaycan Ordusunun Qarabağ müharibəsində qazandığı qələbəni böyük coşqu ilə qarşılayıblar.
Qarabağ
10 Noyabr , 2020 14:00
Cəlilabad və Biləsuvar sakinləri qələbəni qeyd edir

Cəlilabad sakinləri Azərbaycan Ordusunun Qarabağ müharibəsində qazandığı qələbəni böyük coşqu ilə qarşılayıblar.

Report”un Muğan bürosu xəbər verir ki, gecə saatlarından sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə axın edib.

“Zəfər bizimdir”, “Yaşasın Ali Baş Komandan”, “Qarabağ Azərbaycandır” və başqa şüarlar səsləndiriblər.

Sakinlər bu qələbə sevincini onlara bəxş edən və yaşadan Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda Biləsuvar rayonunda da vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər. Şənlik gecə saatlarında başlayıb və hələ də davam edir. Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən rayon sakinləri qələbə yürüşünə start veriblər.

Son xəbərlər

Orphus sistemi