Cəbrayıl şəhərində Reza Deqatinin erməni işğalını əks etdirən sərgisi açılıb

Cəbrayıl şəhərində Reza Deqatinin erməni işğalını əks etdirən sərgisi açılıb Sərgidə şəhərin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotolar nümayiş etdirlir
Qarabağ
290
6 Fevral , 2021 13:09
Cəbrayıl şəhərində Reza Deqatinin erməni işğalını əks etdirən sərgisi açılıb
Reza Deqati

Ermənistanın işğalından azad olunan Cəbrayıl şəhərində dünya şöhrətli fotoqraf Reza Deqatinin sərgisi açılıb.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, sərgidə şəhərin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotolar nümayiş etdirilir.

R.Derqati şəhərin müxtəlif ərazilərində dayanaraq həmin yerin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoları nümayiş etdirib.

Cəbrayılda səfərdə olan Azərbaycandakı xarici ölkə səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov sərgi ilə tanış olublar.

Qeyd edək ki, dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinə səfər edərək oradakı vəziyyəti eks etdirən şəkillər çəkib.

Son xəbərlər

Orphus sistemi