Çavuşoğlu: "Biz razılaşmanı daimi həllə aparacağı üçün dəstəkləyirik"

Çavuşoğlu: "Biz razılaşmanı daimi həllə aparacağı üçün dəstəkləyirik" “Minsk qrupunun 30 ildir davam edən işsizliyi qarşısında Azərbaycanın haqlı davasını beynəlxalq səviyyədə layiqincə müdafiə etmək üçün biz də məsələyə girdik".
Qarabağ
24 Noyabr , 2020 14:05
Çavuşoğlu: Biz razılaşmanı daimi həllə aparacağı üçün dəstəkləyirik
Mövlud Çavuşoğlu

“Böhranın əvvəlindən etibarən diplomatik səfərbərliyə başladıq. Təmaslarımızda Ermənistanın PKK/PYD/YPG terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini, bütün dünyanın ermənilərin müharibədə iştirakına təşviq etdiyini, dinc sakinləri qəsdən hədəf aldığını göstərdik. Bu ölkənin Türkiyə əleyhinə apardığı qarayaxma kampaniyasını nümayiş etdirdik”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Minsk qrupunun 30 ildir davam edən işsizliyi qarşısında Azərbaycanın haqlı davasını beynəlxalq səviyyədə layiqincə müdafiə etmək üçün biz də məsələyə girdik. Başda cənab prezidentimiz olmaqla mənim və rəhbərlik etdiyim idarənin gerçəkləşdirdiyi təmaslarda həmsöhbətlərimizə gerçəkləri danışdıq. Ermənistan isə çıxıb diplomatik həll yoxdur dedi. Nəticədə Azərbaycanın qəhrəman ordusu ilə meydanda qazandığı nailiyyətlə 30 illik status-kvonu dəyişməyi bacardı. Ermənistan isə meydanda təslim olmaq məcburiyyətində qaldı. Son dövrdə Azərbaycan tərəfi ilə hər səviyyədə yaxın təmaslarda olduq. Cənab prezidentimizın təmaslarından əlavə, mən və Milli Müdafiə Nazirliyinin rəsmiləri dəfələrlə Bakıya getdik. Azərbaycana həm meydanda, həm masada tam dəstək verdik. Razılaşma Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandı. Mən də bu coşqunun Bakıda şahidi oldum”, - o deyib.

Nazir vurğulayıb ki, razılaşmada Azərbaycanın ərazi bütövlüyü təsdiqlənib: “Azərbaycan tərəfindən qəbul edilən razılaşmanı daimi həllə aparacaq elementlər ehtiva etdiyi üçün dəstəkləyirik. Azərbaycanın haqlılığı və ərazi bütövlüyü bu razılaşmada təsdiqlənib. Azərbaycan ərazilərinin bir qismini hərbi əməliyyatlarla geri qaytardı, digər qismini isə anlaşma çərçivəsində geri alır. Bundan başqa, işğal altındakı Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalan qardaşlarımız evlərinə qayıda biləcək. Həm də Naxçıvan ilə Azərbaycan arasında birbaşa əlaqə qurulur”.

Son xəbərlər

Orphus sistemi