"Xankəndi-Laçın yolunda ətraf mühitin çirklənməsinə, təbii sərvətlərin qanunsuz istismarına etiraz edən ekoloqların tələbləri çox önəmlidir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə azərbaycanlı ekologiya fəallarının etirazını işıqlandıran "The Travel Magazine" jurnalının əməkdaşı Robert Parker deyib.
Onun sözlərinə görə, bu, Qarabağa ilk səfəridir.
“Buraya yalnız bu gün gəlsəm də, gənclərin ekoloji cinayətlərə qarşı etirazını görməkdən çox xoşbəxtəm və qürur duyuram", - o bildirib.
R.Parker qeyd edib ki, təbiətin gözəlliyini qorumaq Yer kürəsinin hər bir sakininin borcudur.
"Burada, Qarabağda çox gözəl dağlar var. Düşünürəm ki, ekologiya fəallarının çirklənməni dayandırmaq üçün etdikləri çox önəmlidir", - R. Parker fikrini tamamlayıb.