Britaniyalı hüquqşünas: “Xocalı faciəsinin günahkarlarını cəzalandırmaq vacibdir”

Qarabağ
  • 25 fevral, 2022
  • 08:51
Britaniyalı hüquqşünas: “Xocalı faciəsinin günahkarlarını cəzalandırmaq vacibdir”

“Xocalı faciəsinin təkrarlanmasına imkan verməmək və bütün günahkarları cəzalandırmaq vacibdir”.

“Report” xəbər verir ki, britaniyalı hüquqşünas Malkolm Şou (Malcolm Shaw) Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş hadisələr hərbi cinayətdir.

“Xocalıda baş vermiş hadisələr Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının çox böyük pozuntusudur”, - M.Şou deyib.

O həmin gecə 63 uşaq, 106 qadın daxil olmaqla, 613 dinc sakinin qətlə yetirildiyini, yüzlərlə şəxsin itkin düşdüyünü xatırladıb.

“Bu faciəni həqiqətən də bütün beynəlxalq normaların pozuntusu olan qətliam adlandırmaq olar”, - britaniyalı hüquqşünas deyib.

Onun sözlərinə görə, bu cür hadisələrin daha təkrarlanmaması və bu cinayətlərin bütün günahkarlarının cəzalandırılması çox vacibdir.

44 filmi