Britaniyalı ekspert: "Qafqazda kommunikasiya xətlərinin açılması bölgədəki təhlükəsizliyə təminat üçün əsas yaradacaq"

Britaniyalı ekspert: "Qafqazda kommunikasiya xətlərinin açılması bölgədəki təhlükəsizliyə təminat üçün əsas yaradacaq" "Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik üçün əlverişli şərait yaranıb. Bu qlobal anlamda Sovet imperiyasının dağılmasından sonra ilk əlverişli fürsətdir".
Qarabağ
15 Noyabr , 2021 12:04
Britaniyalı ekspert: Qafqazda kommunikasiya xətlərinin açılması bölgədəki təhlükəsizliyə təminat üçün əsas yaradacaq
Stefan Vulff

"Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik üçün əlverişli şərait yaranıb. Bu qlobal anlamda Sovet imperiyasının dağılmasından sonra ilk əlverişli fürsətdir".

Bunu "Report"un Avropa bürosuna açıqlamasında Böyük Britaniya Birminqem universitetinin professoru, beynəlxalq təhlükəsizlik üzrə ekspert Stefan Vulff bildirib.

O deyib ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan bu fürsətdən hər iki tərəf (Azərbaycan və Ermənistan) doğru qiymətləndirmələrlə istifadə etməlidir:

"Ermənistan uzun illərdi Dağlıq Qarabağ münaqişəsinin davam etməsi səbəbi ilə iqtisadi-kommunikasiya blokadasında idi. İndi Azərbaycan ərazi bütövlüyünü bərpa edib və ortada müharibənin yekununa dair razılaşma var. Təbii ki, burada sülhməramlı adı ilə iştirak edən Rusiyanın da öz maraqları var. Necə ki, bu gün Donbasda, Abxaziyada o maraqların acı nəticələri hələ də yaşayır. Amma hesab edirəm, hazırkı şəraitdə Cənubi Qafqazda Azərbaycan və Ermənistan xalqlarının mənafeyi nəzərə alınmalıdır, nəinki üçüncü tərəfin. Bu da yekun sülh müqaviləsi ilə bölgədə kommunikasiya xətlərinin açılmasıdır. Bu, bölgədəki təhlükəsizliyə beynəlxalq təminat üçün əlavə əsaslar yaradacaq. Bu baxımdan tərəflər olduqca iradəli və qətiyyətli olmalıdırlar ", - ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi