Brayza: "Azərbaycan infrastruktur layihələrinin tikintisinə maliyyə resursları cəlb etməkdə qətiyyətlidir"

Brayza: "Azərbaycan infrastruktur layihələrinin tikintisinə maliyyə resursları cəlb etməkdə qətiyyətlidir" Yaxın zamanda Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın bütün regionunun ehtiyac duyduğu vacib infrastruktur layihələrinin tikintisinə böyük həcmdə maliyyə resurları cəlb etməkdə nə dərəcədə qətiyyəli və effektiv ola biləcəyini göstərir.
Qarabağ
608
2 Sentyabr , 2021 16:04
Brayza: Azərbaycan infrastruktur layihələrinin tikintisinə maliyyə resursları cəlb etməkdə qətiyyətlidir
Metyu Brayza

"Yaxın zamanda Füzulidə beynəlxalq hava limanının açılması məsələsi Azərbaycanın bütün regionun ehtiyac duyduğu vacib infrastruktur layihələrinin tikintisinə böyük həcmdə maliyyə cəlb etməkdə nə dərəcədə qətiyyətli və effektiv ola biləcəyini göstərir".

Bunu “Report”a ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Füzuli hava limanının artıq bu payızda açılma ehtimalının olması faktı möhtəşəm nailiyyətdir.

“Aprel ayında Azərbaycana son səfərim zamanı Ağdamda olarkən yolun, həmçinin dəmir yolunun bərpası işlərinin miqyası məni təsirləndirdi”, - M.Brayza deyib.

O həmçinin əlavə edib ki, qarşıda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüzlərlə, minlərlə minanın təmizlənməsi ilə bağlı böyük iş durur: “Yalnız bundan sonra azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına tam qayıdışı təmin edilə bilər”.

Son xəbərlər

Orphus sistemi