BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər
Qarabağ
- 07 sentyabr, 2021
- 08:33
Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər.
Bunu "Report"a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib:
"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın".
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18
Xulian Alvares Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu olub
Futbol08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45