“Böyük Britaniya ANAMA ilə əməkdaşlığı davam etdirəcək”.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi attaşesi Abby Lauren Mothervell BMT-nin İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, britaniyalı mütəxəssislərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən minatəmizləmə prosesində daha da fəal iştirak etməsi planlaşdırılır.
"Minatəmizləmə məsələsində ümumi səylərlə həll edilməli olan bir çox problemlər var. Böyük Britaniya minaların biosfer və ətraf mühit üçün zərərli olduğunu və ilk növbədə, təbii ki, insan həyatı üçün təhlükə yaratdığını başa düşür", - Abby Lauren Mothervell bildirib.