BMT Baş katibinin köməkçisi: Minatəmizləmə sahəsində əsas vəzifə resursların səfərbər edilməsidir

BMT Baş katibinin köməkçisi: Minatəmizləmə sahəsində əsas vəzifə resursların səfərbər edilməsidir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və ANAMA arasında minalarla mübarizə üzrə əməkdaşlıqda əsas vəzifə resursların səfərbər edilməsidir.
Qarabağ
30 May , 2024 17:53
BMT Baş katibinin köməkçisi: Minatəmizləmə sahəsində əsas vəzifə resursların səfərbər edilməsidir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və ANAMA arasında minalarla mübarizə üzrə əməkdaşlıqda əsas vəzifə resursların səfərbər edilməsidir.

Bu barədə “Report”un sualını cavablandırarkən BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç jurnalistlərə açıqlamasında bildirib.

“Minatəmizləmə çox böyük bir işdir və biz daha çox maliyyə əldə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edirik”, - o bildirib.

Xatırladaq ki, bu gün Zəngilanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasına dair niyyət bəyannaməsi imzalayıb.

Son xəbərlər

Orphus sistemi