Əcnəbi blogerlər Füzuliyə səfərə yola düşüblər - YENİLƏNİB-3

Əcnəbi blogerlər Füzuliyə səfərə yola düşüblər - YENİLƏNİB-3 Dünyanın 8 ölkəsindən bloqerler “Show me Azerbaijan” beynəlxalq bloqerlər layihəsi çərçivəsində növbəti səfər günü Ağdam rayonunadır. Hazırda bu saatlarda blogürlıri aparan avtomobillər Baş Qərvənd nəzarət mıntəqəsindədir.
Qarabağ
30 May , 2021 14:01
Əcnəbi blogerlər Füzuliyə səfərə yola düşüblər - YENİLƏNİB-3

"Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən əcnəbi blogerlərin Ağdama səfəri başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, blogerlər Füzuliyə yola düşüblər. Onların Füzulidə erməni vandallığına məruz qalmış bir sıra yerlərdə olacağı planlaşdırılır.

Qeyd edək ki, blogerlər daha əvvəl Cümə Məscidini ziyarət etdikdən sonra, Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər. Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar.

12:15

"Show me Azerbaijan" layihəsi çərçivəsində Ağdama səfər edən əcnəbi blogerlər Cümə Məscidində olublar.

“Report”un Qarabağ bürosunun məlumatına görə, blogerlər Cümə Məscidini ziyarət etdikdən sonra, Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər. Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar. Binanın qarşısında tar ifası dinlənilib.

11:30

"Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycanda olan xarici blogerlərin Ağdama səfərinə start verilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, blogerlərin Ağdama səfəri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun, Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir. Layihənin təşkil edilməsində əsas məqsəd blogerləri işğalda olduğu müddət ərzində yaşayış məntəqələrinin dağıdılması, ermənilərin burada törətdikləri vandallıq faktları ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır.

10:28

Dünyanın 8 ölkəsindən blogerler Ağdama səfərə yollanıblar.

"Report"un Qarabağ bürosunun məlumatına görə, səfər “Show me Azerbaijan” beynəlxalq bloger layihəsi çərçivəsində reallaşır.

Hazırda blogerlər Baş Qərvənddədir.

Son xəbərlər

Orphus sistemi