Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”

Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər” “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.
Qarabağ
4 May , 2023 22:36
Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib. Blinken əlavə edib ki, ABŞ dialoq yolunu təklif etməyə davam etməkdən məmnundur:

“Hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Sülh sazişinin əldə edilməsi təkcə tarixi hadisə deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab verəcək və hətta iki ölkənin hüdudlarından kənarda da çox müsbət nəticələr verəcəkdir. Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik.

Lakin Birləşmiş Ştatlar hər iki dostumuza finiş xəttini keçməyə kömək etməyə davam etmək üçün buradadır. Dediyim kimi, düşünürəm ki, biz buna çox yaxınıq. Nəhayət deməliyəm ki, həm Ermənistandan, həm Azərbaycandan, həm də dostlarımdan, xarici işlər nazirlərindən gördüyümüz rəhbərlik ilhamvericidir. 

Bunların heç biri asan deyil, lakin qalan çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək əzmi realdır. Və biz hiss edirik ki, bu bir neçə gündə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik. Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmaqda davam etməkdə qərarlıyıq”.

Son xəbərlər

Orphus sistemi