Biləsuvar. 26 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayon
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən sərgiyə baxıblar.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, erməni millətçiləri tərəfindən Xocalıda Azərbaycan xalqına qarşı aparılan soyqırımı və təcavüz XX əsrin ən dəhşətli faciələrindən biridir. Digər çıxışçılar da Xocalıda Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb, soyqırımı günahkarlarının bir gün layiqli cəzalarını alacaqlarını vurğulayıblar.
Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


