Biləsuvarda Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib 

Biləsuvarda Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib  Bu gün Vətən müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun anım günüdür.
Qarabağ
2 Oktyabr , 2021 14:18
Biləsuvarda Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib 

Bu gün Vətən müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun anım günüdür.

"Report"un xəbərinə görə, R.Qurbanovun ölümündən 1 il ötür.

Şəhidin ildönümü ilə əlaqədar olaraq Biləsuvar rayonunun Ağalıkənd kəndində anım tədbiri keçirilib.

Mərasimdə şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş çavuşu olan R.Qurbanov 1991-ci ilin sentyabr ayının 7-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. R.Qurbanov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub, oktyabrın 2-də doğulub boya-başa çatdığı Ağalıkənd kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, R.Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi