Biləsuvarda şəhid hərbçi dəfn edilib

Biləsuvarda şəhid hərbçi dəfn edilib Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib
Qarabağ
17 Dekabr , 2020 18:41
Biləsuvarda şəhid hərbçi dəfn edilib

Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Zəhmətabad kəndində şəhid evində vida mərasimi keçirilib.

Daha sonra G.Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.

Allah rəhmət eləsin!

Gündüz Çingiz oğlu Abdullayev
Gündüz Çingiz oğlu Abdullayev

Son xəbərlər

Orphus sistemi