Biləsuvarda qələbədən 2 gün əvvəl şəhid olan kursantın doğum günü qeyd edilib

Biləsuvarda qələbədən 2 gün əvvəl şəhid olan kursantın doğum günü qeyd edilib Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi, kiçik leytenant Sadiq Nəcəflinin doğum günü qeyd edilib.
Qarabağ
22 İyun , 2021 23:21
 Biləsuvarda qələbədən 2 gün əvvəl şəhid olan kursantın doğum günü qeyd edilib
0 : 00
0 : 00

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi, kiçik leytenant Sadiq Nəcəflinin doğum günü qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, anım mərasimi şəhidin məzarı qarşısında keçirilib.

Tədbirdə şəhidin yaxınları, rayon rəsmiləri və sakinlər iştirak edib. Şəhidin məzarı ziyarət edilib və üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, Sadiq Nüsrət oğlu Nəcəfli 22 iyun 2000-ci ildə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində doğulub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. IV sinif kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə əlaqədar kiçik leytenant rütbəsi ilə müharibəyə yollanıb.

S.Nəcəfli noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. O, Biləsuvar rayonunda dəfn edilib.

S.Nəcəfli Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi