Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun, eləcə də Susuzluq kəndi üzrə icra nümayəndəs
Qarabağ
174
5 İyun , 2021 18:22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun, eləcə də Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmalarından dərindən kədərləndiyini bildirir və mərhumların ailələrinə, eləcə də AzTV və AZƏRTAC rəhbərliyi və kollektivinə dərin hüznlə başsağlığı verir.

Günay Əfəndiyeva
Günay Əfəndiyeva

Fonddan “Report”a bildirilib ki, müharibənin bitməsinə baxmayaraq, Ermənistan tərəfinin hələ də minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməməsi nəticəsində 100-dən çox insan bu əməllərin qurbanı olub: “Bu beynəlxalq hüquq normalarına tamamilə zidd olmaqla yanaşı, eyni zamanda dünya mediasına yönəlmiş dəhşətli cinayətdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu günahsız insanların ölümü ilə nəticələnən bütün terror əməllərini qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu hallara münasibət bildirilməsinin vacibliyini vurğulayır. Fond Kəlbəcərdə baş vermiş faciə ilə bağlı beynəlxalq media nümayəndələrini məsələyə biganə qalmamağa, həmrəylik nümayiş etdirməyə çağırır”.

Son xəbərlər

Orphus sistemi