Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
Qarabağ
- 26 oktyabr, 2024
- 12:34
33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamı ziyarət edib.
"Report"un müxbiri xəbər verir ki, səyyahlar işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.
Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər xiyabanında olublar. Onlar, həmçinin Ağdamda “İmarət” saray kompleksində də olublar.
Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.
Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.
Foto: Vüqar Xanlarov
Son xəbərlər
06:25
"Vaianu" siklonundan sonra Yeni Zelandiyanın Şimal adasında bərpa işləri aparılır
Digər ölkələr06:06
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Digər ölkələr05:45
KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
İqtisadiyyat05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17