Beynəlxalq səyyahlar Füzulidə minatəmizləmə prosesi ilə tanış olublar

Beynəlxalq səyyahlar Füzulidə minatəmizləmə prosesi ilə tanış olublar Beynəlxalq səyyahlar Ermənistanın işğal illərində yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Qarabağ
6 Noyabr , 2023 12:02
Beynəlxalq səyyahlar Füzulidə minatəmizləmə prosesi ilə tanış olublar

Beynəlxalq səyyahlar Ermənistanın işğal dövründə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

“Report” xəbər verir ki, səyyahlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz qəsəbəsinə gəliblər.

Burada qonaqlar 30 ilə yaxın işğal müddətində Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi çoxsaylı minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında qonaqlar Cəbrayıl rayonu ərazisində olub, burada Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olublar.

Xatırladaq ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Son xəbərlər

Orphus sistemi