Beynəlxalq ictimaiyyət minalara qarşı mübarizədə Azərbaycanla həmrəy olmalıdır

Beynəlxalq ictimaiyyət minalara qarşı mübarizədə Azərbaycanla həmrəy olmalıdır “Dünya Ermənistanın yerləşdirdiyi minalara qarşı mübarizədə Azərbaycan ilə həmrəylik nümayiş etdirməlidir”.
Qarabağ
4 Aprel , 2023 12:40
Beynəlxalq ictimaiyyət minalara qarşı mübarizədə Azərbaycanla həmrəy olmalıdır

“Dünya Ermənistanın yerləşdirdiyi minalara qarşı mübarizədə Azərbaycan ilə həmrəylik nümayiş etdirməlidir”.

“Report” xəbər verir ki, bu barədə commonspace.eu saytında dərc olunmuş məqalədə deyilir.

"Dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunan aprelin 4-də Azərbaycan öz ərazilərinin minalarla çirklənmə problemləri ilə bağlı maarifləndirmə aparmağa çalışır. Azərbaycan Ermənistanı minatəmizləmə prosesində faydalı ola biləcək hər hansı məlumatı ötürməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin iştirakına ehtiyac duyur. Bundan əlavə, regionun minalardan təmizlənməsi və məcburi köçkünlərin geri qayıtması üçün münbit şəraitin təmin edilməsində beynəlxalq ictimaiyyətin dəstəyi alqışalayiq addım olar. Dünya bu cür miqyaslı çağırışlara qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir”, - məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra keçmiş məcburi köçkünlər 30 ildən sonra öz doğma yurd-yuvalarına qayıtmaq imkanı əldə etsələr də, Ermənistan tərəfindən minaların yerləşdirilməsi bu prosesi ləngidir.

İşğal zamanı Ermənistanın yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib: “Ermənistan hər yerdə, o cümlədən mülki ərazilərdə minalar yerləşdirib. Bundan başqa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan bu gün də Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərində minalar yerləşdirir”.

Belə ki, 2022-ci ilin avqust ayından indiyədək Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-ə yaxın mina aşkar edilib. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində 288-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Rəsmi hesablamalara görə, minatəmizləmə ilə bağlı məsələlərin həlli üçün Azərbaycanın təxminən 25 milyard ABŞ dollarına ehtiyacı var.

Öz növbəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində iş aparır. 2020-ci ilin noyabrından cari ilin fevral ayına qədər Azərbaycanın işğaldan azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi