BDU-da Vətən müharibəsinə həsr olunan üç kitab təqdim olunub

BDU-da Vətən müharibəsinə həsr olunan üç kitab təqdim olunub Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsinə həsr olunan üç kitabın təqdimat mərasimi keçirilib.
Qarabağ
107
3 Noyabr , 2021 11:31
BDU-da Vətən müharibəsinə həsr olunan üç kitab təqdim olunub

Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsinə həsr olunan üç kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində rektor Elçin Babayev, universitetin müəllim heyəti, media nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsinin ideya müəllifi rektor Elçin Babayev BDU-da həyata keçirilən layihənin uğurla başa çatdığını bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə dövlət başçısının xarici KİV nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib.

“Vətən müharibəsi yerli və xarici mediada” kitabında Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub . “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabında isə 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində yayımlanmış yazılarının bir hissəsi toplanıb".

Son xəbərlər

Orphus sistemi