Baş nazir: "Türkiyə şirkətləri Qarabağda önəmli infrastruktur layihələrinin icrasına başlayıblar"

Baş nazir: "Türkiyə şirkətləri Qarabağda önəmli infrastruktur layihələrinin icrasına başlayıblar" "Bildiyiniz kimi artıq bu bölgədə yenidənqurma və bərpa işlərinə başlanılıb"
Qarabağ
19 Fevral , 2021 18:21
Baş nazir: Türkiyə şirkətləri Qarabağda önəmli infrastruktur layihələrinin icrasına başlayıblar

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqdan ibarət fikir mübadiləsi apardıq. Bu reallıq ondan ibarətdir ki, iki qardaş ölkə arasındakı münasibətlərə yeni nəfəs veriləcək və bu da iqtisadiyyatımızın və ticarətimizin artımına xidmət edəcək.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov deyib.

“Bildiyiniz kimi artıq bu bölgədə yenidənqurma və bərpa işlərinə başlanılıb. Konkret kontraktlar imzalanıb. Əlbəttə ki, bizim şirkətlərlə bərabər türk qardaşlarımız da layihələrdə yer alıblar. Türk şirkətləri artıq önəmli infrastruktur layihələrinin icra edilməsinə başlayıblar”, - Ə.Əsədov bildirib.

Son xəbərlər

Orphus sistemi