Baş direktor: "Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək"

Baş direktor: "Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək" "Sizi təbrik etmək üçün buradayıq"
Qarabağ
1739
13 Yanvar , 2021 14:37
Baş direktor: Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək
Salim bin Məhəmməd əl-Malik

“Əmin olun ki, Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik”.

“Repor” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Mənimlə birlikdə ən önəmli insanlar gəlib. Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahey Ramor. O, elm və innovasiya sektorunun rəhbəridir və İslamabadda yerləşən COMSATS Universitetinin rektoru olub. Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdaşlıq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub. Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan “Əl-Əhram”ın redaktoru olub. Beləliklə, görürsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Sizinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk.”, - Baş direktor bildirib.

Son xəbərlər

Orphus sistemi