Ağdam rayonunun işğaldan azad edilməsi ilə bağlı Bakı şəhərinin iki nöqtəsində qələbə yürüşü keçirilir.
“Report”un xəbərinə görə, yürüşlərdən biri Hüseyn Cavid parkının, digəri isə Heydər Əliyev Mərkəzinin qarşısında başlayıb.
Avtomobillərin üzərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları asmış yürüş iştirakçıları “Ağdam azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər.