Hulusi Akar: “Azərbaycan Qarabağı azad edərək sülh və əmin-amanlığı təmin etdi”

Hulusi Akar: “Azərbaycan Qarabağı azad edərək sülh və əmin-amanlığı təmin etdi” “Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”
Qarabağ
259
4 May , 2021 11:17
Hulusi Akar: “Azərbaycan Qarabağı azad edərək sülh və əmin-amanlığı təmin etdi”
Hulusi Akar
0 : 00
0 : 00

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olub: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Üçüncü tərəflərin qonşu ölkələrimizlə olan mövzularda obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq. Türkiyənin kiminsə torpağında, haqq və hüququnda gözü yoxdur. Beynəlxalq hüquq çərçivəsində qonşu ölkələrin suverənliyinə və ərazi bütövlüyünə hörmət edirik. Amma biz öz haqlarımızdan da keçmək fikrində deyilik. Hər kəs də bunu dərk etməlidir”.

Son xəbərlər

Orphus sistemi