Azərbaycanın şəhid olan əsgəri dəfn edilib

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib
Qarabağ
258
23 Oktyabr , 2017 12:48
Azərbaycanın şəhid olan əsgəri dəfn edilib
Report

Saatlı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın şəhid olan əsgəri dəfn olunub.

"Report"un Aran bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalovun nəşi bu gün Saatlı rayonunun Heydərabad kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid C. Zeynalovun məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, şəhid əsgər Cabbar Firuddin oğlu Zeynalov şəhid olub. .

Qeyd edək ki, C.Zeynalov 2017-ci ilinaprel ayında həqiqi hərbi xidmətə yola salınışdı.

Allah rəhmət eləsin! 

Son xəbərlər

Orphus sistemi