“Xocalı soyqırımını törədənləri axtarmağa ehtiyac yoxdur. Törədilən cinayətlərin həm sifarişçiləri, həm də icraçıları məlumdur və bəziləri inanılmaz sinizmlə “qəhrəmanlıqlarını” kitablarda, xatirələrdə və müsahibələrdə təsvir edirlər. Təəssüf ki, onların hərəkətlərinə hələ hüquqi qiymət verilməyib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “
“Vurğulamaq istəyirəm ki, Xocalı ən qanlı, ən miqyaslı, lakin ilk Qarabağ müharibəsi illərində baş verən yeganə faciə deyil. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Qukark, Qaradağlı, Ağdaban, Xocalı - bu adların hər birinin arxasında qətlə yetirilən onlarla və yüzlərlə günahsız dinc sakinlər dayanır.
Cinayət məsuliyyətinin əsas prinsipi cəzanın qaçılmazlığı prinsipidir. Gələcəkdə belə cinayətlərin təkrarlanmayacağına zəmanət verən bu prinsipdir. Bütün səylərimizi göstərməliyik ki, dünya Qarabağ münaqişəsi zamanı torpaqlarımızda insanlığa qarşı törədilmiş dəhşətli cinayətləri bilsin və qınasın. Düşünürəm ki, bu, yalnız bizim üçün deyil, bütün dünya ölkələri üçün belə bir hadisənin hər yerdə təkrar olunma ehtimalını istisna etmək üçün vacibdir”-deyə, səfir bildirib.