Azərbaycanın müdafiə naziri ön xətdə olub

Azərbaycanın müdafiə naziri ön xətdə olub Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub
Qarabağ
166
26 Aprel , 2016 18:14
Azərbaycanın müdafiə naziri ön xətdə olub

Bakı. 26 aprel. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Bu barədə "Report"un Qarabağ bürosunun müxbirinə Müdafi Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Məlumata görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqların azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi