​Azərbaycanın müdafiə naziri: “Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur”

​Azərbaycanın müdafiə naziri: “Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur” “Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad olunmasına hazırdır”
Qarabağ
2 May , 2015 16:17
​Azərbaycanın müdafiə naziri: “Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur”

“Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad olunmasına hazırdır”

Bakı. 2 may. REPORT.AZ/ “Cəbhədəki son vəziyyət bir daha onu göstərir ki, Silahlı Qüvvələrimiz düşməni nəzarətdə saxlamaqla, ona sarsıdıcı zərbələr endirməklə təşəbbüsə tam yiyələnib. Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur. Xəstəliklərin sayının artması, fərarilik hallarının çoxalması, nizam-intizamsızlıq, özbaşınalıq - budur onların ordusundakı real vəziyyət. Erməni tərəfi məcbur olub səngərlərə mülki əhalini, dinc sakinləri, müxtəlif ölkələrdən muzdluları cəlb edir”. “Report”un xəbərinə görə. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may - faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşündə deyib.

Nazir bildirib ki, erməni tərəfi, hətta son zamanlar faşist ideologiyasına pərəstiş edən, qəddarlıqda heç də onlardan geri qalmayan daşnakları təbliğ etməklə Ermənistan dövlətinin hansı siyasi kursa üstünlük verməsini açıq-aydın nümayiş etdirir: “Ancaq bu üsulların heç biri onlara kömək olmayacaq. Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad olunmasına hazırdır. Bu məsələdə Sizin də rolunuz böyükdür və önəmlidir. Yaxşı bilirsiniz ki, hər döyüş texnikasının idarə edilməsində, onun dəqiq və sərrast istifadəsində, qələbənin təmin olunmasında insan faktorunun əhəmiyyəti danılmazdır. Məhz bu səbəbdən indiki gənclərin ruh yüksəkliyinin artırılmasında, qələbə əzminin aşılanmasında, düşməni məhv etməyə, ehtiyac olarsa canından belə keçməyə hazır olmalarında Siz veteranların təcrübəsi, biliyi və bacarığı bizə bir örnəkdir və nümunədir”.

Son xəbərlər

Orphus sistemi