Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Cıdır düzünü ziyarət edib.
Gənclərə Vətən müharibəsi zamanı Şuşada gedən döyüşlər barədə məlumat verilib. Qəhrəman əsgərlərimizin çətin dağlardan keçərək düşmənlə üzbəüz vuruşmasından, Azərbaycanın mədəniyyət paytaxtının erməni vandallarından necə azad edilməsindən danışılıb.
Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllülər təşkilatlarının Ağdama səfəri baş tutub.