Azərbaycandakı xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri başa çatıb.
"Report" xəbər verir ki, Cəbrayıl və Zəngilana səfər edən xarici diplomatlar geri qayıdıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.
“Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.