Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayılın Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış olduqdan sonra Cəbrayıl şəhərinə yola düşüblər.
“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.
Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yollanacaqlar.