Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb
Qarabağ
- 10 noyabr, 2021
- 17:28
Bu gün Türkiyə Böyük Millət Məclisinin növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda, işğaldan azad edilən Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il müddətinə uzadılmasına qərar verilib.
Qeyd edək ki, başda hakim Ədalət və İnkişaf Partiyası olmaqla, Türkiyə parlamentində təmsil olunan əksər partiyalar - Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Böyük Birlik Partiyası (BBP) və onların nümayəndələri qanun layihəsinin lehinə səs veriblər.
Beləliklə, Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddəti daha bir il müddətinə uzadılıb.
Son xəbərlər
15:23
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
Fərdi15:19
FIFA Hakimlər Komitəsi DÇ-2026 öncəsi hakim siyahısında dəyişiklik edib
Futbol15:15
Foto
Aqil Qurbanov "SAHA 2026"da xarici şirkət rəhbərləri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib
Hərbi15:14
Bəxtiyar Aslanbəyli: "Şəfəq-Asiman" blokunda qazma işlərinə hazırlıqlar aparılır"
Energetika15:12
Foto
"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib
Biznes15:09
Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb
Digər ölkələr15:08
Ərdoğan "SAHA 2026" sərgisini ziyarət edib
Hərbi15:07
Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib
Region15:03