Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə edəcək
Qarabağ
28 Aprel , 2015 14:14
Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 30-u mayın 1-də Fransaya səfər edəcək. "Report" xəbər verir ki, bu barədə E.Məmmədyarov bu gün Belçika XİN rəhbəri Didye Reynderslə görüşün nəticələrinə görə keçirilən mətbuat konfransında bildirib. 

Məmmədyarovun sözlərinə görə, o, Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə edəcək. 

Nazir qeyd edib ki, bu münaqişənin həllinin irəliləməsinin vaxtı gəlib çatıb. 

Son xəbərlər

Orphus sistemi