Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofya məscidi önündə Azərbaycan Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Anım Günü tədbiri keçiriləcək.
Qarabağ
215
24 Sentyabr , 2021 22:41
Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofya məscidi önündə Azərbaycan Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Anım Günü tədbiri keçiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir zamanı şəhidlərimizin ruhuna sübh namazı qılınacaq, dualar oxunacaq.

Daha sonra hər iki təşkilat nümayəndələrinin, həmçinin qazi və müharibə qəhrəmanlarımızın çıxışları olacaq.

Qeyd edək ki, tədbir zamanı şüarların səsləndirilməsi, plakat və digər əyani vəsaitlərin nümayişi nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi