Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.
Qarabağ
17 Oktyabr , 2019 17:48
Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Həmsədrlərin birgə bəyanatında həmçinin qeyd olunur ki, səfər zamanı iki ölkə lideri həmsədrlərə Aşqabadda keçirilən MDB sammitindəki son görüşləri barədə məlumat veriblər və nizamlama prosesində inkişafa nail olmaq üçün öz fikirlərini bildiriblər. Həmsədrlər əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirlərinin perspektivini alqışlayıblar. Həmsədrlər mandatına və çoxillik təcrübəsinə əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi monitorinq missiyalarının çox əhəmiyyətli olduğunu bir daha təkrarlayıblar. Vasitəçilər tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının fəaliyyətinə hərtərəfli dəstək göstərməyə və monitorinq missiyalarının həyata keçirilməsinə mane ola biləcək hər hansısa maneənin dərhal aradan qaldırılmasını təmin etməyə çağırıblar.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi