Rusiyalı həmsədr: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayında görüşü mümkündür"

Rusiyalı həmsədr: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayında görüşü mümkündür" Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər.
Qarabağ
16 Oktyabr , 2019 14:42
Rusiyalı həmsədr: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayında görüşü mümkündür

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə bildirib.

“İki ölkənin XİN başçıları razılaşarsa, görüşləri dekabr ayında Bratislavada keçirilə bilər. Lazım gələrsə, bu görüşü təşkil edə bilərik”, – həmsədr deyib.

Qeyd edək ki, bu il dekabrın 5-6-da Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi