Cari il yanvarın 28-30-da Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.
XİN-dən "Report"a verilən məlumata görə, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub.
Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.
*** 18:04
Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb.
Bu barədə “Report”a Azərbaycan
"Görüş başa çatıb, yaxın zamanda nəticələrlə bağlı açıqlama veriləcək", - XİN rəsmisi deyib.
***13:57
Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri
“Report” xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib.