Azərbaycan təmsilçisi Tbilisidə regional konfransda qalmaqal salan Ermənistan nümayəndəsinə tutarlı cavab verib

Azərbaycan təmsilçisi Tbilisidə regional konfransda qalmaqal salan Ermənistan nümayəndəsinə tutarlı cavab verib Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstanın Ombudsman Aparatının təşkilatçılığı ilə Tbilisidə keçirilən və qaçqınların hüquqlarının qorunmasına həsr olunan regional konfransda Azərbaycan təmsilçisi Ermənistan nümayəndəsinə tutarlı cavab verib.
Qarabağ
1 Noyabr , 2018 13:40
Azərbaycan təmsilçisi Tbilisidə regional konfransda qalmaqal salan Ermənistan nümayəndəsinə tutarlı cavab verib
Report

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstanın Ombudsman Aparatının təşkilatçılığı ilə Tbilisidə keçirilən və qaçqınların hüquqlarının qorunmasına həsr olunan regional konfransda Azərbaycan təmsilçisi Ermənistan nümayəndəsinə tutarlı cavab verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatının rəhbəri Aydın Səfixanlının təqdimatından sonra Ermənistan ombudsmanının müşaviri Sergey Qazinyan söz alaraq faktlara əsaslanmayan narazılığını ifadə edib.

O bildirib ki, Azərbaycanda qaçqınların vəziyyəti ilə bağlı konfrans iştirakçılarına göstərilən təqdimatda işğal sözündən istifadə edilməməliydi: “İşğal bu konfransın mövzusu deyil. Mən öz təqdimatımda bu məqama toxunmadım. Bu mövzunu digər tədbirlərdə və ya fasilə zamanı müzakirə edə bilərdik”.

Ermənistan nümayəndəsinin yersiz iradına cavab olaraq A.Səfixanlı konfransın təşkilatçısı olan Gürcüstan Ombudsman Aparatanın nümayəndələrini tədbirdə sakitliyi təmin etməyə çağırıb: “Gürcüstan tərəfinin təqdimatında ölkə ərazisinin 20 faizinin işğal altında olunduğu faktı diqqətə çatdırıldı. Mən öz təqdimatımda yalnız beynəlxalq hüquq normalarına istinad etdim və siyasi məsələlərə toxunmadım. Əgər siz Azərbaycan nümayəndəsini bu tədbirə dəvət etmisinizsə, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün nə qədər ağrılı olduğunu bilməli idiniz”.

Konfrans təşkilatçısı Azərbaycan nümayəndəsinin qeydlərinin nəzərə alındığını bildirib.

Qeyd edək ki, regional konfransda Gürcüstan, Azərbaycan, Ermənistanla yanaşı, Moldova, Ukrayna, Danimarka və Portuqaliyanın Ombudsman aparatlarının nümayəndələri iştirak edirlər. Ermənistan tərəfi tədbirdə üç nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi