Azərbaycan Prezidentinin köməkçisi: "İnsanlarımızın əhval-ruhiyyəsi yüksəkdir"

Azərbaycan Prezidentinin köməkçisi: "İnsanlarımızın əhval-ruhiyyəsi yüksəkdir" “Bu, Böyük Vətən Müharibəsidir. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərin, əldə etdiyimiz uğurların fövqündə Ermənistan təxribatlara əl atır. Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər”.
Qarabağ
4 Oktyabr , 2020 14:04
Azərbaycan Prezidentinin köməkçisi: İnsanlarımızın əhval-ruhiyyəsi yüksəkdir
Hikmət Hacıyev

“Bu, Böyük Vətən Müharibəsidir. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərin, əldə etdiyimiz uğurların fövqündə Ermənistan təxribatlara əl atır. Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Mən Tərtərdə, Gəncədə və digər şəhərlərimizdə olan tanışlarla əlaqə saxlamışam. Onların hamısı öz evlərində, yaşadıqları yerlərdədirlər və əhval-ruhiyyələri yüksəkdir“, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi