Azərbaycan Prezidenti: “Böyük qayıdış” bu gün başlayır"

Azərbaycan Prezidenti: “Böyük qayıdış” bu gün başlayır" Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.
Qarabağ
27 Aprel , 2021 14:45
Azərbaycan Prezidenti: “Böyük qayıdış” bu gün başlayır
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.

"Report" həmin dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Salam aleyküm.

Türkiyə şirkətinin əməkdaşı: Əleyküm salam, cənab Prezident.

Kənd təsərrüfatı naziri İnam Kərimov: Onay bəy buyurun.

Prezident İlham Əliyev: Buyurun, söyləyin nədir bu qurğu?

Türkiyə şirkətinin əməkdaşı: “Bir millət, iki dövlət” can Azərbaycana Türkiyədən salamlar, cənab Prezident.

Türkiyə şirkətinin əməkdaşı: Həqiqi sahibinə yenidən qovuşmuş bu torpaqlar uğrunda canını qurban vermiş bütün şəhidlərin xatirəsini uca tutduğunuz üçün Sizə təşəkkürlərimi bildirirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Türkiyə şirkətinin əməkdaşı: Cənab Prezident, yaradılacaq bu “Ağıllı kənd”də apardığımız çoxistiqamətli təhlillər nəticəsində müəyyənləşdirdik ki, bu, dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed” sistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır. Cənab Prezident, əlbəttə, Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən bir “Ağıllı kənd” layihəsi yaratmağı planlaşdırırıq. Minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz.

Türkiyə şirkətinin əməkdaşı: İnşallah, cənab Prezident.

Prezident İlham Əliyev: Bir daha sizə uğurlar arzulayıram.

Türkiyə şirkətinin əməkdaşı: Təşəkkür edirəm, cənab Prezident.

Son xəbərlər

Orphus sistemi