Azərbaycan Prezidenti: "Atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib"

Azərbaycan Prezidenti: "Atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib" Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik.
Qarabağ
28 Oktyabr , 2020 22:16
Azərbaycan Prezidenti: Atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib
Prezident İlham Əliyev

Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Münaqişə zonası olmayan Bərdənin Ermənistan tərəfindən kasetli raketlərlə atəşə tutulmasından, Gəncə şəhərinə ballistik raketlər atılmasından, nəticədə çoxsaylı mülki insanların həlak olmasından danışan dövlətimizin başçısı qeyd edib ki, bu, Moskvada və Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır.

“Atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər”, - deyə Azərbaycan Prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi