Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.
Qarabağ
14 Yanvar , 2021 18:18
Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib

Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Afiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi