Azərbaycan ordusunun minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Azərbaycan ordusunun minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır Hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir
Qarabağ
17 Yanvar , 2017 13:58
Azərbaycan ordusunun minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrinin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

Son xəbərlər

Orphus sistemi