Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB Şəhidin cənazəsi doğulduğu kənddə torpağa tapşırılıb
Qarabağ
503
4 Aprel , 2016 14:01
Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

İlk xəbər 12:00-da dərc edilib. Video əlavə olunub

***12:36

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub. "Report"un məlumatına görə, təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan 23 yaşlı Dilsuz Məmmədağa oğlu Quliyev Ağcabədi rayonunun Hindarx qəsəbəsində torpağa tapşırılıb. 

Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

***12:00

Bakı. 4 aprel. REPORT.AZ/ Cəbhənin Tərtər rayonu istiqamətində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri Neftçalada dəfn olunub. "Report"un məlumatına görə, aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan 22 yaşlı Elmdar Səlimxan oğlu Səfərovun cənazəsi ötən gün Neftçala rayonuna gətirilib. Bu gün şəhidin cənazəsi rayonun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi