​Azərbaycan Müdafiə Nazirliyi itkin düşən hərbçilərlə bağlı BQXK-ə müraciət edib

​Azərbaycan Müdafiə Nazirliyi itkin düşən hərbçilərlə bağlı BQXK-ə müraciət edib Komitə Azərbaycan və Ermənistanla dialoqa başlayıb
Qarabağ
24 İyun , 2015 12:33
​Azərbaycan Müdafiə Nazirliyi itkin düşən hərbçilərlə bağlı BQXK-ə müraciət edib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun itkin düşməsi ilə bağlı Beynəlxalq QırmızıXaç Komitəsinə (BQXK) müraciət edib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"a açıqlamasında bildirib ki, hazırda BQXK tərəflərlə neytral vasitəçi olaraq bu şəxslərin taleyinin aydınlaşdırılmasına kömək etməyə çalışır və bunun üçün tərəflərlə dialoqa başlayıb. 

Qeyd edək ki, Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində itkin düşmələri barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi