Zakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Zakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Qarabağ
14 Yanvar , 2021 17:28
Zakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Zakir Həsənov

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan müdafiə naziri diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Cuniçi Vada və Zakir Həsənov
Cuniçi Vada və Zakir Həsənov

Son xəbərlər

Orphus sistemi